EN

Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm Komitə sədri

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər. Əkilən satılmalıdır. Əkilən satılmasa, onda fermerin üzü gülə bilməz".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

"Qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, biz onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var,onu buradan idarə edirəm. Hansı dərmanı nə vaxt verilməsini, verilməməsini və digər məsələləri tapşırıram", -deyə komitə sədri bildirib.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
8
unikal.az

9Sources