“Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər”.
“Əkilən satılmalıdır, satılmasa, onda o fermerin üzü gülə bilməz. Qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm, hansı dərmanın nə vaxt verilib-verilməməsini və digər məsələləri tapşırıram”, - millət vəkili qeyd edib.