EN

18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX

11 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.03.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2044021023

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 18%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 3 il

Ticarətə buraxılma tarixi:  18.03.2026

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Bakı Fond Birjası BFB istiqraz ticarəti BOKT International ASC istiqrazları 1 milyon manatlıq istiqraz buraxılışı istiqrazların hərracı 18 mart 2026 qiymətli kağızlar bazarı Azərbaycan 18% illik gəlirlilik istiqrazlar sənədsiz adlı istiqrazlar təmin edilməmiş faizli istiqrazlar investisiya imkanları Azərbaycan kapital bazarı xəbərləri istiqraz emissiyası kütləvi rəqabətli hərrac istiqrazların tədavül müddəti 3 il aylıq faiz ödənişi istiqrazlar 10 min ədəd istiqraz ilkin ticarət qiyməti 100 manat anderrayter PAŞA Kapital emitent BOKT International investorlara istiqraz təklifi Bakı fond bazarı maliyyə bazarı xəbərləri Azərbaycan
Chosen
65
7
marja.az

10Sources