ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MERKURİ BOKT” ASC-nin 1,1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində keçiriləcəkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "MERKURİ BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN:AZ2002019753
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli Hərrac
İstiqrazların sayı: 22000 ədəd
İlkin ticarət qiyməti: 50 manat
İstiqrazların buraxılış həcmi: 1 100 000 manat
İllik gəlirlilik faizi: 17%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: 25.02.2026
Anderrayter: “CPM-İnvest İnvestisiya Şirkəti” ASC
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.