EN

Fransa klubu 73 yaşlı baş məşqçi ilə anlaşdı

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandanı bundan sonra Vahid Halilhodziç çalışdıracaq. 73 yaşlı bosniyalı mütəxəssislə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Əhməd Kantarini əvəzləyib.

Qeyd edək ki, Halilhodziç daha əvvəl də 2018-ci ilin oktyabrından 2019-cu ilin avqustuna qədər “Nant”a rəhbərlik edib. Onun son iş yeri Mərakeş milli komandası olub.
Hazırda “Nant” Fransa Liqa 1-də 17 xalla 17-ci pillədə qərarlaşıb.

Chosen
49
4
idmanxeber.az

5Sources