"Nant"ın yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisini Vahid Halilhodziçi çalışdıracaq. 73 yaşlı mütəxəssislə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Əhməd Kantarini əvəzləyib.
Qeyd etmək lazımdır ki, bu, Halilhodziçin "Nant"a ikinci baş məşqçi təyinatıdır. Bosniyalı mütəxəssis bundan əvvəl komandaya 2018-ci ilin oktyabrından 2019-cu ilin avqustuna qədər rəhbərlik edib.
Onun son iş yeri Mərakeş milli komandası olub.
"Nant" hazırda Liqa 1-də 17 xalla 17-cidir.