EN

Zelenski Ukrayna mütəxəssislərinin Fars körfəzi ölkələrinə göndəriləcəyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski, ukraynalı mütəxəssislərin ərəb ölkələrinə İran dronlarından müdafiə olunmaq üçün Fars körfəzinə getdiyini açıqladı.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna lideri social şəbəkə hesabında məlumat verib.

"Hərbi personal və Rüstəm Umerovdan ibarət komandamız vəziyyəti sabitləşdirməyə kömək edə biləcəyi Fars körfəzi bölgəsinə gedir. İranın zərbələrinin hazırda yaratdığı çətinlikləri görürük. İran rejimi qlobal bazara neft və qaz tədarükünün əsas yollarından biri olan Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu, vəziyyəti əhəmiyyətli dərəcədə qeyri-sabitləşdirir".

O, əlavə edib ki, Umerov, hərbi personal, kəşfiyyat zabitləri, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə, Ukraynadan kömək istəyən ölkələrin öz növbəsində Ukraynaya kömək göstərməsi üçün xüsusi razılaşmalar hazırlayacaq.

Chosen
60
herbiand.az

1Sources