EN

Sabah YAP toplaşır – Bu QƏRARLAR veriləcək

Xəbər verildiyi kimi, sabah Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Musavat.com xəbər verir ki, saat 15.00-da keçiriləcəyi planlaşdırılan iclasın gündəliyi barədə hələ rəsmi məlumat açıqlanmayıb.

Lakin yayılan qeyri-rəsmi xəbərlərə görə, İdarə Heyətinin toplanmasında əsas müzakirə olunacaq məsələ hakim partiyanın 8-ci qurultayına hazırlıq məsələlərin müzakirəsi və qurultayın gününün müəyyən edilərək qərar qəbul edilməsi məsələsidir.

İdarə Heyətinin iclasında partiyanın bir sıra rayon təşkilatlarının sədrlərinin dəyişməsi məsələsinin də müzakirə olunacağı deyilir. Məlumatda qeyd olunur ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin YAP üzvlüyünə xitam verilməsi məsələsinin də İdarə Heyətinin iclasına çıxarılacağı gözlənilir. İclasda İdarə Heyətinin üzvlərindən bir neçəsinin İH üzvlüyündən istefa ərizəsinin təqdim ediləcəyi və ərizəyə müsbət cavab veriləcəyi də yayılan xəbərlər sırasındadır.

Qeyd edək ki, hazırkı İdarə Heyəti Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən sonuncu-VII qurultayında formalaşıb. Həmin qurultaya qədər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.

Hakim partiyanın İdarə Heyətinə partiyanın sədri, Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Tahir Mirkişili, Əli Əhmədov, Cavid Osmanov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, Azər Badamov, Şahin İsmayılov, Ramin Məmmədov, Kamal Cəfərov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Bahar Muradova, Mixail Zabelin, Vasif Talıbov, Amin İsmayılov,Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Elnarə Akimova, Vazeh Əsgrov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Rövşən Bayramov, Bayram Aslanov daxildir.

Etibar Seyidağa,
Musavat.com

Chosen
63
musavat.com

1Sources