EN

Növbəti köç karvanı Xanabad kəndinə çatıb FOTOLAR (YENİLƏNİB)

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Martın 11-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanabad kəndinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə köçürülən 103 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 

***08:44

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Unikal" xəbər verir ki, Xocavənd rayonun Qırmızı bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 Belə ki, bu mərhələdə Xocavəndin Qırmızı bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
91
5
unikal.az

5Sources