EN

“İranın Azərbaycana qarşı terror aktları adi hadisə deyil”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“İran tərəfindən Azərbaycana qarşı terror əvvəllər də törədilib. 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinin əməkdaşlarına qarşı terror aktı həyata keçirilib. Bu terrorun məsuliyyətini SEPAH daşıyır”.

Gununsesi.info bildirir ki, bu fikirləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib:

“Yayılan videolar və ictimaiyyətə məlum olan məlumatlar göstərir ki, bu hadisə adi məişət insidenti deyil. Avtomat silahın orada olması, səfirlik binasına daxil edilməsi, onun qorunması, polisin heç bir müqavimət göstərməməsi, silahlı dəstəyə qarşı polis dəstələrinin çağırılmaması kimi hallar, bu terror aktının təkcə bir şəxsin işi olmadığını göstərir. Eyni zamanda Tehran hakimiyyəti hadisəni məişət hadisəsi kimi təqdim etməyə çalışdı.

Onların məqsədi Azərbaycan üzərində təzyiq göstərmək və bu yolla regional məsələlərlə bağlı istəklərini qəbul etdirmək idi. Bu, əsasən Zəngəzur Dəhlizi ilə bağlı idi. Tehran hakimiyyəti, o cümlədən Xamenei və digər yüksək vəzifəli şəxslər, Zəngəzur Dəhlizinə qırmızı xətt kimi baxırdılar.

Lakin Tehran hakimiyyəti və SEPAH məğlubiyyətə uğradı. SEPAH-ın qərargahı, kazarmaları və əsas kadr bazası olan Bəsic kazarmaları vuruldu, həmçinin böyük diviziyaları zərər gördü. Ötən gün Təbriz yaxınlığındakı 31-ci Aşur diviziyası yerlə-yeksan edildi.

Ali rəhbərdən tutmuş silahlı qüvvələrin baş qərargah rəisi, SEPAH komandanı, kəşfiyyat rəisi və digər yüksək rütbəli hərbi rəhbərlər öldürüldü. Bu, ali rəhbərinin təhlükəsizliyini təmin edə bilməyən bir rejim üçün böyük məğlubiyyətdir.

O rəhbər ki, inqilabın başlanğıcından öldürüldüyü günə qədər İranın yalnız özünün iddia etdiyi müstəqillik uğrunda mübarizə apardığını bildirirdi, Tehran hakimiyyəti və SEPAH onun təhlükəsizliyini təmin edə bilmədi”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
icma.az

1Sources