EN

Əlilliyi olan uşaqlar milli atributlar və adət-ənənələr barədə məlumatlandırılıblar

Bakı, 11 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda milli ruhun aşılanması, eləcə də bayramı birgə qeyd etməkdən ibarət olub.

Agentliyin Sosial Xidmət Mərkəzlərinin benefisiarları və onların valideynlərinin iştirak etdiyi tədbirdə uşaqlara Novruzun tarixi, milli atributları və xalqımızın adət-ənənələri barədə məlumatlar verilib. Sosial Xidmət Mərkəzlərində xidmətlərdən yararlanan əlilliyi olan uşaqlardan ibarət “Parla” inkluziv mədəni kollektivi müxtəlif musiqi, bədii qiraət və rəqs nümunələri ifa ediblər.

Sonra uşaqlar üçün muzeydə ekskursiya təşkil olunub.

Chosen
110
1
azertag.az

2Sources