EN

Əlilliyi olan uşaqlar milli atributlar və adət ənənələr barədə məlumatlandırılıblar

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda milli ruhun aşılanması, eləcə də bayramı birgə qeyd etməkdən ibarət olub.

Agentliyin Sosial Xidmət Mərkəzlərinin benefisiarları və onların valideynlərinin iştirak etdiyi tədbirdə uşaqlara Novruzun tarixi, milli atributları və xalqımızın adət-ənənələri barədə məlumatlar verilib. Sosial Xidmət Mərkəzlərində xidmətlərdən yararlanan əlilliyi olan uşaqlardan ibarət “Parla” inklüziv mədəni kollektivi müxtəlif musiqi, bədii qiraət və rəqs nümunələri ifa ediblər.

Sonra uşaqlar üçün muzeydə ekskursiya təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
78
1
azertag.az

2Sources