EN

AFFA “Şəmkir”ə texniki məğlubiyyət VERDİ

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda 2-ci Liqanın 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 

“Şirvan” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.


“Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə “Şəmkir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.

“Ağdaş” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “Ağdaş”ın futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəza alıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.

Bizim.Media

Chosen
38
3
bizim.media

4Sources