EN

Ceyhun Bayramov BMT nümayəndəsi ilə Yaxın Şərqrdə artan gərginliyi müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov13-cü Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdəolan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi RebekaQrinspan ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlifaspektləri və perspektivləri, eləcə də regional və beynəlxalqməsələlər, Yaxın Şərqdə vəziyyət və müharibənin qlobaliqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.

Görüşdə ölkəmizin qlobal və regional enerji təhlükəsizliyində,ticarətdə, investisiyalarda, dayanıqlı inkişafda, iqtisadişaxələndirmədə, kommunikasiya və nəqliyyat istiqamətində həyatakeçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın regional və qlobal ticarətəlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarınınartırılması, ənənəvi və alternativ enerji layihələri və beynəlxalqticarət marşrutlarının inkişafı istiqamətində həyata keçirilənsiyasət barədə məlumat verib.

Bu çərçivədə ölkəmizin tranzit və logistika mərkəzi kimi rolunungücləndirilməsi, həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlığıninkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər həmçinin Yaxın Şərqrdə artan gərginliyin və müharibənindoğurduğu fəsadları nəzərdən keçirib, mövcud vəziyyətdənnarahatlıqkəlarını ifadə ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun
Ceyhun
Ceyhun
Chosen
52
az.trend.az

1Sources