EN

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir  

Qlobal Bakı Forumunun builki mövzusu - keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması sözün əsil mənasında zamanın ruhuna uyğundur. Çünki hazırda şahidi olduğumuz və yaşadığımız reallıq məhz budur.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa deyib.

O qeyd edib ki, dünyada təxminən 100-ə yaxın aktiv silahlı münaqişə mövcuddur. Dünya müharibə vəziyyətindədir və Qlobal Bakı Forumu artıq yalnız qlobal geosiyasətin düzgün və məlumatlı təhlili üçün deyil, həm də yeni ideyalar və alternativ həll yolları üçün mühüm platformaya çevrilib.

“Regiondakı olduqca gərgin və təhlükəli vəziyyətə baxmayaraq, Forum dünyanın bütün bölgələrindən 350-dən çox düşüncə adamını, siyasətçini, parlament üzvünü, dövlət və hökumət başçısını bir araya gətirəcək. Bu isə Forumun əhəmiyyətini açıq şəkildə göstərir. Azərbaycan dialoqun və sağlam diplomatiyanın həyata keçirildiyi mühüm bir istinad nöqtəsinə çevrilib. Bu səbəbdən hər kəsi müzakirələri, dialoqları, parçalanmış kimi görünən bir dünyada səslənən optimizm və ümid çağırışlarını diqqətlə izləməyə dəvət edirəm”, - deyə Maria Fernanda Espinosa vurğulayıb.

5Sources