EN

“Ermənistan Azərbaycanla Naxçıvan arasında yol bağlantısını təmin etməyə hazırdır” - Paşinyan

“Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsini təmin etməyə hazırdır”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

“Bizim bu təklifimiz Vaşinqton razılaşmalarını heç bir şəkildə gecikdirmək, pozmaq və ya unutmaq məqsədi daşımır və mən bunu rəsmi olaraq deyirəm. Biz bu təklifi ona görə irəli sürürük ki, özümüz də Azərbaycan dəmir yolundan bir qədər alternativ variantlarla istifadə edirik. Necə ki, Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına keçidin yaradılmasını gözləyir, biz də Naxçıvan ərazisindən Ermənistanın cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin yaradılmasını gözləyirik”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan bildirib ki, bu dəmir yolu marşrutunun Ermənistan üçün alternativi yoxdur, çünki ölkəmizin dağlıq relyefi ölkənin cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin olması üçün başqa bir yol yaratmağa imkan vermir.

“Gördüyünüz kimi, Ermənistan və Azərbaycanın bu baxımdan gözləntiləri bir-biri ilə ziddiyyət təşkil etmir. Onu da deməliyəm ki, biz Gürcüstan-Azərbaycan dəmir yolundan ixrac üçün də istifadə edəcəyik. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixracat məntəqəsinə çevriləcək. Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir ki, bu da bazarımızda neft məhsullarının qiymətlərinin aşağı düşməsinə səbəb oldu və neft məhsulları bazarında onilliklər ərzində mövcud olan inhisarları dağıtdı”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
67
13
missiya.az

10Sources