AZ

"Azərbaycan bu təklifi qəbul etməyib" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsinə toxunub. 

"Unikal" xəbər verir ki, bu barədə o, Avropa Parlamentində çıxışı zamanı deyib. 

Paşinyan yük daşımalarının 2025-ci ilin oktyabr ayından bərpa olunduğunu xatırladıb: "Biz də öz növbəmizdə Azərbaycandan Türkiyəyə və əksinə tranziti təmin etməyə hazır olduğumuzu elan etdik, çünki bunu mövcud yollarımızdan istifadə edərək edə bilərik. Nə Azərbaycan, nə də Türkiyə hələlik bu təklifi qəbul etməyib. Güman edirəm ki, belə bir həll yolu TRIPP layihəsinin həyata keçirilməsini gecikdirə bilər. Bu tribunadan rəsmi olaraq bəyan edirəm ki, Ermənistan Respublikasının TRIPP layihəsinin həyata keçirilməsini gecikdirmək üçün nəinki niyyəti, həm də heç bir səbəbi yoxdur, çünki layihə Ermənistan Respublikasının qısa, orta və uzunmüddətli maraqlarına tam cavab verir".

Baş nazir həmçinin qeyd edib ki, Ermənistan bu gün mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Qoris-Yeğeqnadzor-Yerask marşrutu ilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil əlaqəsi təmin etməyə hazırdır.

Onun sözlərinə görə, Ermənistan ixrac üçün Gürcüstan-Azərbaycan dəmir yolundan istifadə etməyə hazırlaşır: "Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixracat məntəqəsinə çevriləcək. Ermənistan isə Azərbaycandan neft məhsulları idxal edir ki, bu da bizim bazarımızda neft məhsullarının qiymətlərinin aşağı düşməsinə səbəb oldu və onilliklər ərzində həmin bazarda mövcud olan inhisarları dağıtdı".

Ağarza Elçinoğlu 

Seçilən
10
1
unikal.az

10Mənbələr