EN

Kurban Berdıyevin cəzası azaldıldı

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarlarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, "Turan Tovuz" klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

Ölkə kubokunda 1/4 finalının “Kəpəz”lə ilk oyununun 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması və “Turan Tovuz"un 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilib.

Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib və Kurban Berdiyevin cəzası 3 oyuna endirilib. "Turan Tovuz”a isə 6000 manat cərimə cəzası tətbiq edilib.

Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.

Chosen
86
1
football-plus.az

2Sources