Bakı. Trend:
Yaxın Şərqdə davam edən gərginlik və regional qarşıdurmalarbeynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqlarformalaşdırır. Bu proseslər yalnız Yaxın Şərq regionunun deyil,bütövlükdə Avrasiya məkanının təhlükəsizlik arxitekturasına təsirgöstərir. Belə mürəkkəb şəraitdə dövlətlərin məsuliyyətli vəbalanslı siyasəti xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü,deputat Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, Azərbaycan bu baxımdan praqmatik vəprinsipial xarici siyasət yürüdən ölkə kimi çıxış edir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənsiyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemindəetibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Azərbaycanın xaricisiyasəti beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə hörmətə vəqarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanır.
Yaxın Şərqdə baş verən humanitar böhranlar fonunda Azərbaycandaim humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiq qaldığınınümayiş etdirir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar vasitəsiləhumanitar yardım təşəbbüslərində fəal iştirak edir, münaqişələrdənzərər çəkmiş əhaliyə dəstək göstərir və humanitar diplomatiyanıngücləndirilməsinə töhfə verir. Azərbaycanın humanitar siyasətiyalnız bəyanatlarla məhdudlaşmır. Ölkəmiz humanitar layihələr,yardım proqramları və beynəlxalq təşəbbüslər vasitəsilə qlobalhumanitar gündəliyin formalaşmasına real töhfə verir”.
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycan Cənubi Qafqazregionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsiistiqamətində ardıcıl siyasət həyata keçirir. 2020-ci ildə ərazibütövlüyünü bərpa etdikdən sonra Azərbaycan regionda yeniəməkdaşlıq modelinin formalaşdırılması təşəbbüsü ilə çıxış edir.Rəsmi Bakı regionda dayanıqlı sülhün təmin olunması üçünkonstruktiv dialoq və iqtisadi əməkdaşlıq platformalarınınyaradılmasını dəstəkləyir. Azərbaycanın təşəbbüsü ilə həyatakeçirilən beynəlxalq enerji və nəqliyyat layihələri, o cümlədənCənub Qaz Dəhlizi və Orta Dəhliz kimi strateji təşəbbüslərregionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verir:
“Yaxın Şərqdə gərginliyin artması fonunda İran ətrafında başverən hadisələr də regional təhlükəsizlik mühitinə təsir göstərənamillərdən biridir. Azərbaycan region dövlətləri ilə münasibətlərdəqarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaqprinsiplərinə əsaslanan siyasət yürüdür. Eyni zamanda, ölkəmizmilli təhlükəsizliyinə və dövlət maraqlarına yönəlmiş istəniləntəhdid və ya təxribatlara qarşı qətiyyətli mövqe nümayiş etdirir.Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə əsaslanansiyasət yürüdür və regionda sabitliyin qorunmasını prioritet hesabedir”.
Deputat əlavə edib ki, bəzi dairələr tərəfindən Azərbaycanaqarşı informasiya manipulyasiyaları və siyasi təxribat cəhdlərimüşahidə olunur. Lakin bu cür cəhdlər ölkəmizin beynəlxalq nüfuzunavə müstəqil siyasətinə təsir göstərə bilmir. Azərbaycan öz millimaraqlarını qətiyyətlə müdafiə edir və regionda sülh, əməkdaşlıq vəqarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasəti davam etdirir.Ölkəmizin siyasi sabitliyi və strateji mövqeyi bu cür təzyiq vətəxribatların nəticəsiz qalacağını göstərir.
Millət vəkili vurğulayıb ki, mövcud geosiyasi dəyişikliklərfonunda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq da yenimərhələyə qədəm qoyur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistikaəlaqələri və iqtisadi tərəfdaşlıq bu münasibətlərin əsasistiqamətlərini təşkil edir. Azərbaycan Avropanın enerjitəhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və etibarlıenerji tərəfdaşı kimi tanınır. Eyni zamanda, ölkəmiz nəqliyyat vəlogistika layihələri vasitəsilə Avropa ilə Asiya arasında mühümbağlantı rolunu oynayır.
“Bugünkü mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın siyasətipraqmatizm, balans və məsuliyyət prinsiplərinə əsaslanır. Ölkəmizregionda sabitliyin qorunmasına, qarşıdurmaların azaldılmasına vəəməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verməyə davam edir.Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan öz müstəqil xaricisiyasət kursunu davam etdirərək həm regionda, həm də beynəlxalqmüstəvidə sabitlik və əməkdaşlıq üçün mühüm platforma rolunuoynayır” ,- deyə o fikrini yekunlaşdırıb.