EN

Oğuzda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş şəhid ailə üzvlərinə və Vətən Müharibəsi iştirakçısına üzvlük vəsiqələri təqdim olunub. -Fotolar



11 mart 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı tərəfindən YAP-a üzv qəbul olunmuş şəhid ailə üzvlərinə və Vətən müharibəsi iştirakçısına üzvlük vəsiqələrinin təqdim olunma mərasimi keçirilib.

aia.az xəbər verir ki, tədbridə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, Oğuz Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İşgəndərov, Oğuz rayon üzrə Gənclər İdman sektorunun nüdiri Şaiq Rüstəmov və partiya fəalları iştirak edib.

Çıxıs edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz RİH Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsgəndərov, Oğuz rayon Gənclər İdman sektorunun müdiri Şaiq Rüstəmov qeyd etdilər ki, Ümummili Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası bugünə qədər ölkəmizin və xalqımızın maraqları naminə saysız-hesabsız uğurlara imza atmışdır. Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasəti nəticəsində Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi layiqincə təmin edilib.Ümumxalq partiyasına çevrilən və xalqın böyük sevgisini qazanan YAP-ın sıraları günbəgün artmaqdadır.Qeyd olundu ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərlə 30 illik erməni işğalına son qoyulmuş, ölkəmiz sosial-iqtisadi, ictimai-siyasi və digər bütün sahələr üzrə böyük inkişaf yolu keçmiş, qızıl hərflərlərdən ibarət şanlı tarix yazılmışdır.

Çıxışlar zamanı bildirilib ki, şəhidlərimizin canı bahasına qazanılan tarixi Qələbə xalqımızın milli qürur mənbəyidir və şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, bu ailələr cəmiyyətimizin ən dəyərli təbəqəsi kimi daim diqqət mərkəzində saxlanılır və onlara göstərilən diqqət hər zaman davam etdiriləcək.Şəhid ailələrinin partiya sıralarında təmsil olunması Yeni Azərbaycan Partiyasının ideyalarına, dövlətçilik dəyərlərinə və həyata keçirilən siyasətə verilən dəstəyin ifadəsidir.

Sonda, göstərilən diqqət və qayğıya görə şəhid ailə üzvləri və müharibə iştirakçıları cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişdilər.

Partiya sıralarına yeni qəbul edilən üzvləri təbrik edir, onlara güclü Liderimiz cənab İlham Əliyevin Azərbaycanın maraqları naminə apardığı müdrik siyasətimizin ətrafında sıx birləşdiklərinə görə təşəkkür edirik.



Chosen
69
aia.az

1Sources