EN

Culfada yerləşən “Ərəzin II” gəc gips yatağı hərraca çıxarılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 11 mart, AZƏRTAC

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hərraca Culfa rayonu ərazisində yerləşən “Ərəzin II” gəc-gips (sement xammalı) yatağı çıxarılıb. Başlanğıc qiyməti 35 min 68 manat müəyyən edilən hərrac 42 min manatla yekunlaşıb.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
77
azertag.az

1Sources