Mövsümlərarası fasilədə “Qarabağ”dan ayrılacaq növbəti futbolçunun adına aydınlıq gəlib.
“Football-plus.az”ın əldə etdiyi məluamat görə, Ağdam təmsilçisi yayda Ramil Şeydayevlə yanaşı, Abbas Hüseynovla da vidalaşacaq. Təcrübəli müdafiəçiylə müddəti bu ilin iyununda başa çatacaq müqavilə yenilənməyəcək. Baş məşqçi Qurban Qurbanov futbolçunun “barıtının tükəndiyini” düşünür.
Maraq üçün qeyd edək ki, Abbas bu mövsüm “köhlən atlar”ın heyətində 4-ü premyer-liqada, 2-si Çempionlar Liqasının təsnifat mərhələsində olmaqla 6 oyun keçirib. O, ümumilikdə 244 dəqiqə meydanda olub.
KƏNAN BAHADIR