ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Günəş və külək enerjisinin ən çox istehsal edildiyi ölkələrin siyahısı hazırlanıb.
Reyting.az xəbər verir ki, son illər dünyada bərpa olunan enerji sahəsi sürətlə inkişaf etdiyindən araşdırma qrupu 2024-cü ildən günəş, həmçinin külək enerjisi istehsalında ən böyük paya malik olan ölkələri müəyyənləşdirib.
Bu siyahıda yenə də Çin Xalq Respublikası liderdir.
Qeyd edilib ki, hələ 2024-cü ildə dünyada günəş, eləcə də küləkdən istehsal olunan elektrik enerjisinin 40 faizi Çinin payına düşüb. Bununla belə, ölkənin ümumi enerji balansında mənbələrin payı təxminən 18 faiz təşkil edib.
İkinci yerdə ABŞ qərar tutub və super gücün qlobal istehsalda payı 16,3 faizə çatıb.
Yeni təqdim edilən statistik siyahıda üçüncü yerdə Hindistandır - 4,7 faiz göstərici.
Dünya üzrə günəş və külək enerjisi istehsalında Avropa İttifaqı (Aİ) ölkələrinin payına 17,1 faiz düşüb. Aİ daxilində isə Almaniya xüsusi fərqlənib. Bu ölkədə elektrik enerjisinin 44 faizi məhz külək və günəş mənbələrindən əldə olunur.

Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.