EN

Obama rədd etdi, Tramp məcbur qaldı: İsrail dünyanın danışdığı videoları ələ keçirib?

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinkenin iddiası rezonans doğurub. O bildirib ki, İsrail ABŞ-ın keçmiş prezidenti Barak Obamaya İrana zərbə endirməsi üçün təzyiq göstərib. Blinken Obamanın bunu rədd etdiyini, hazırkı prezident Donald Trampın isə “Epşteyn işi” ilə bağlı videolarının olmasına görə boyun əydiyini söyləyib.

Trampın “Epşteyn işi”nə görə İrana hücum əmri verdiyinə dair iddialar nə dərəcədə reallığa uyğundur?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, İsrail ABŞ-a təzyiq göstərmək və ya ona əmr vermək gücündə deyil:

“Bu ölkə faktiki olaraq Birləşmiş Ştatların “arxa həyəti” sayılır. İsrailin ABŞ-ın dəstəyi olmadan İranı bombalaması halında nəticənin necə olacağı gün kimi aydındır. İran belə bir vəziyyətdə İsraili qısa müddətdə ağır zərbələrlə üz-üzə qoya bilər. Nə qədər qəribə səslənsə və bəzilərinin xoşuna gəlməsə də, bu, reallıqdır.

Bəli, İsrailin nüvə silahına malik dövlət olmasına dair fikirlər səsləndirilə bilər. Lakin unutmayaq ki, İsrail rəsmi şəkildə tanınan əsas nüvə dövlətləri sırasına daxil deyil və bu silahdan istifadə etməsi praktiki olaraq mümkünsüz görünür. Digər tərəfdən, İranın nüvə silahına sahib olmadığına da heç kim tam zəmanət verə bilməz. Eyni zamanda, regionda dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərindən biri olan Rusiya da mövcuddur.

Cavanşir Abbaslı

Kreml İranın tam şəkildə sıradan çıxmasına səssiz qalmaz. Tramp bir çoxlarına bəzən qərarlarını tez-tez dəyişən, bəzən isə gülməli görünən siyasətçi kimi təsir bağışlaya bilər. Lakin o, qətiyyən zəif siyasətçi deyil. Digər tərəfdən, İsraillə İran arasında baş verən 12 günlük müharibə zamanı sözügedən videolar mövcud idimi? Onlar üzə çıxmamışdı. O zaman müharibə niyə başladı? İsrail özbaşına hücum etmişdi? Əlbəttə ki, xeyr. Bütün bunları nəzərə alaraq, keçmiş dövlət katibinin səsləndirdiyi fikirləri ciddi hesab etmirəm”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
globalinfo.az

1Sources