EN

ABŞ dan Hörmüzlə bağlı QƏRAR: Nə baş verir? KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmiçilik şirkətlərinin hərbi müşayiət tələblərini demək olar ki, hər gün rədd edir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan bu marşruta baxmayaraq, ABŞ hərbi komandanlığı regiondakı vəziyyəti konvoyların təşkil edilməsi üçün həddindən artıq riskli hesab edir.

Agentliyin yazdığına görə, “ABŞ Hərbi Dəniz Qüvvələri demək olar ki, hər gün gəmiçilik sənayesinin nümayəndələrinə Hörmüz boğazından keçid zamanı hərbi müşayiət verilməsindən imtina edir və bildirir ki, hücum riski hələ də çox yüksəkdir”.

Qapalı brifinqlərdə səsləndirilən məlumata əsasən, Pentaqonun mövqeyi dəyişməz qalır. Bildirilir ki, tanker və digər mülki gəmilərin birbaşa hərbi müşayiətinə yalnız regionda gərginlik nəzərəçarpacaq dərəcədə azaldıqdan sonra qayıdıla bilər.

Mənbələr qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İran tərəfindən mümkün hücum ehtimalı çox yüksək qiymətləndirildiyi bir vaxtda mülki gəmilərin təhlükəsizliyinə görə məsuliyyəti üzərinə götürməyə hazır deyil.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
konkret.az

1Sources