EN

Vəkil Cavidan Osmanlı ilə bağlı yeni cinayət işi başlanıldı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Vəkil Cavidan Osmanlıya qarşı edilən şikayət əsasında cinayət işi başlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, zərərçəkən Aygün Məhərrəmova dələduzluğa məruz qalması iddiası ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.

Şikayətçi bildirib ki, ötən ilin iyul ayında apellyasiya məhkəməsindəki işi ilə bağlı hüquqlarını müdafiə etməsi üçün vəkil Cavidan Osmanlı ilə tanış olub. İddiaya görə, C.Osmanlı mənzilin Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə geri qaytarılacağını vəd edərək A.Məhərrəmovadan 21 200 manat pul alıb və ona məhkəmə adından saxta icra vərəqəsi təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkənin vəkili İmran Ələkbərov məlumatı təsdiqləyib.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında da vəkil Cavidan Osmanlı barəsində Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İttihama görə, o, 10-a yaxın şəxsə işə bərpa olunmaları ilə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini vəd etsə də, buna əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
10
oxu.az

10Sources