EN

Sabunçu Tibb Mərkəzində müayinələrin cavabları gecikdirilir?VİDEO

Sabunçu Tibb Mərkəzinin Radiologiya şöbəsində növbələrin çox olması ilə şikayətlər var.

Pasiyentlər iddia edirlər ki, MRT (Maqnit rezonans tomoqrafiyası) cavablarının verilməsi günlərlə vaxt çəkir.

Bəzən isə cavablar 10 günə verilir.

MRT üçün müraciət edənlər cavabları günlərlə gözlədiyini iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu Tibb Mərkəzinin Radiologiya şöbəsinə hər gün 100-ə yaxın pasiyent müraciət edir.

Vətəndaşların sözlərinə görə, cavabların gecikməsi onların müalicəsini də ləngidir.

Xəstəxanın şöbə müdiri Mürsəl Əliyevin sözlərinə görə, MRT təyinatı ixtisaslı həkim göstərişi əsasında mümkündür. Təcili, təxirəsalınmaz hallar üzrə müayinə maksimum qısa müddət ərzində, planlı hallar üzrə isə növbəli şəkildə icra olunur.

Mürsəl Əliyev qeyd edib ki, qaydaya uyğun olaraq, müayinə nəticələrinin hazırlanması prosesində çeşidlənmə həyata keçirilir və növbəli şəkildə icra olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
67
xezerxeber.az

1Sources