EN

Ağ Evə buraxılmadığı üçün üsyan etdi: Azarkeşlərin həqiqəti bilməsi vacibdir

Amerikalı döyüşçü Con Cons bəyanat yayıb.

Publika.az xəbər verir ki, o, UFC rəhbəri Den Uaytın açıqlamalarından və Ağ Evdə keçirilməsi planlaşdırılan turnirlə bağlı danışıqların pozulmasından sonra təşkilatdan onu müqavilədən azad etməyi xahiş edib.

“Den Uaytın dediklərinə münasibət bildirmək istəyirəm, çünki həm mənim, həm də azarkeşlərin həqiqəti bilməsi vacibdir. Den sən Ağ Ev turnirinin kardında niyə olmadığımı böyük emosiyalarla izah edirdin, amma gəlin bəzi məsələləri aydınlaşdıraq. Mənim komandam və mən UFC ilə bu döyüş barədə danışıqlar aparırdıq. Həqiqi danışıqlar idi. Hətta ilkin tələb etdiyim məbləğdən də geri çəkildim. Bunun qarşılığında mənə nə təklif olundu? Açıq-aşkar təhqiredici dərəcədə aşağı məbləğ.

Bəli, mənim bud-çanaq oynağımda artrit var və bu ağrı verir, amma bu, döyüşə bilməyəcəyim demək deyil. Bir şeyi düzgün başa düşmək istəyirəm ki, əgər mən bu cüzi məbləğlə razılaşsaydım, birdən-birə budum sağalacaqdı və Ağ Ev turnirində iştirak edəcəkdim? Bunun heç bir məntiqi yoxdur.

Hətta ötən həftə Ağ Ev turnirinə hazır olmaq üçün kök hüceyrə müalicəsi də keçmişəm. Təlim-məşq toplanışı isə bu gün başlamalı idi. Mən hazır olmağa çalışırdım. Başa düşürəm ki, bəzən razılaşmalar baş tutmur, amma ictimai şəkildə həqiqətə uyğun olmayan sözlər demək düzgün deyil.

Chosen
37
publika.az

1Sources