EN

Könül Həmzəyeva saxlanıldı

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. 

KONKRET.az xəbər verir ki, Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.

Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

Bir neçə gün öncə K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.\\unikal

Chosen
60
14
konkret.az

10Sources