Güləşçimiz Ali Tsokayev (92 kq) Serbiyada təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.
Offsideplus.az xəbər verir ki, o, finalda türkiyəli Fatih Altunbaşı tam üstünlüklə (11:0) məğlub edib.
Bundan əvvəl sərbəst güləşçilərdən Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.