AZ

Azərbaycanın daha bir güləşçisi Serbiyada Avropa çempionatının gümüş medalını qazanıb

Azərbaycanın daha bir güləşçisi Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, Yusif Dursunov (125 kq) gümüş medal sahibi olub. O, finalda rusiyalı Habib Davudqadjiyevə məğlub olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu adını qazanıb, Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Seçilən
77
5
moderator.az

10Mənbələr