EN

İsveçdə marafonçular 1118 metr dərinlikdə qaçaraq rekord qırıblar

İsveçdə bir qrup idmançı tarixin ən dərin marafonunu qaçaraq dünya rekordu qırıb.

Qaziler.az xəbər verir ki, bu barədə UPI yazır.

Marafona 18 ölkədən 55 qaçışçı qatılıb. Marafon yolu Qarpenberq şəhərində 1118 metr dərinlikdə yerləşib. İştirakçılar çətin şəraitdə - isti, rütubətli və tozlu yeraltı şəraitdə qaçmalı olublar. Çox qaranlıq olduğu üçün qaçışçılar faralardan istifadə ediblər.

Marafon marşrutu 11 dövrədən ibarət olub. Rekord qırmaqla yanaşı, tədbirin xeyriyyə məqsədi də olub. Belə ki, təşkilatçılar yarışdan təxminən 1 milyon dollar toplaya biliblər.

QAZİLER.AZ

Chosen
16
qaziler.az

1Sources