EN

Tehran, Təbriz, Kərəç və Rey bombardman olunur – İran şəhərlərində güclü partlayışlar

İranda bir neçə böyük şəhər hazırda hava zərbələrinə məruz qalır. Musavat.com xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlara görə Tehran, Təbriz, Kərəç və Rey şəhərləri ABŞ və İsrail aviasiyasının hücumları nəticəsində bombardman edilir.

Məlumatlarda paytaxt Tehran və ətraf bölgələrdə güclü partlayış səslərinin eşidildiyi, bir sıra hərbi və strateji obyektlərin hədəfə alındığı bildirilir. Yerli mənbələr bir neçə ərazidə yanğınların baş verdiyini və fövqəladə xidmətlərin hadisə yerlərinə cəlb olunduğunu qeyd edir.

Xatırladaq ki, 28 fevral tarixindən etibarən ABŞ və İsrail İran ərazisinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində ciddi dağıntılar qeydə alınıb.

Əməliyyatlar zamanı İranın ali dini lideri də daxil olmaqla 40-dan çox yüksək rütbəli hərbçi zərərsizləşdirilib. Hücumlar nəticəsində mülki və hərbi itkilərin olduğu bildirilir.

Hazırda regionda vəziyyət gərgin olaraq qalır və əməliyyatların davam etdiyi qeyd olunur.

Musavat.com

Chosen
68
musavat.com

1Sources