EN

O 2026-cı ildə dünyanın ən yaxşı ziyarət şəhəri seçilib

Reytinqə ümumilikdə dünyanın 50 şəhəri daxil edilib.

QHT.az xəbər verir ki, Avstraliyanın Melburn şəhəri 2026-cı ildə dünyanın ən yaxşı ziyarət ediləcək şəhəri seçilib. Reytinq mədəniyyət və səyahətlər üzrə nüfuzlu Time Out jurnalının araşdırması əsasında hazırlanıb. Reytinq üçün dünyanın 150 şəhərindən 24 mindən çox yerli sakin arasında sorğu keçirilib. Qiymətləndirmə zamanı qastronomiya, gecə həyatı, alış-veriş, muzeylər, parklar, həyat keyfiyyəti və yerli sakinlərin mehribanlığı kimi meyarlar nəzərə alınıb.

Melburn böyük idman tədbirləri, zəngin kulinariya mədəniyyəti, incəsənət və mədəniyyət həyatı ilə seçilir. Sorğuda şəhər sakinlərinin 94%-i qida mədəniyyətini, 92%-i incəsənət və mədəniyyət həyatını, 77%-i isə gecə həyatını yüksək qiymətləndirib.

2026-cı ilin ən yaxşı ziyarət şəhərləri siyahısında ilk onluğa Melburn, Şanxay, Edinburq, London, Nyu-York, Keyptaun, Mexiko şəhəri, Banqkok, Seul və Tokio daxil olub.

 

R.İmanov

Chosen
108
qht.az

1Sources