EN

“Tottenhem”in qapıçısı Antonin Kinski “Atletiko” ilə uğrusuz oyundan sonra fikir bildirib

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tottenhem Hotspur”un qapıçısı Antonin Kinski UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko Madrid”ə qarşı (2:5) ilk oyununun 17-ci dəqiqəsində əvəzləndikdən sonra ilk dəfə açıqlama verib.

İdman.Biz-in xəbərinə görə, 15-ci dəqiqəyə qədər qapıçı üç qol buraxmışdı ki, bunlardan ikisi öz səhvlərinin nəticəsi idi.

“Mesajlar üçün təşəkkürlər. Bir arzudan kabusa və yenidən bir arzuya. Tezliklə görüşənədək”, - Kinski sosial media hesabında yazıb.

“Atletiko” ilə matç Kinskinin karyerasında Çempionlar Liqasında ilk oyunu idi.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
64
1
icma.az

2Sources