UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Atletiko Madrid"ə uduzan (2:5) "Tottenhem"in qapıçısı Antonin Kinski yenilgiyə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, matçın ilk 15 dəqiqəsində 3 dəfə topu tordan çlxarmaq məcburiyyətində qalan və bu qolların ikisində səhvə yol verən çexiyalı qolkiper sosial şəbəkə hesablarında paylaşım edib:
"Dəstək mesajlarına görə təşəkkürlər. Arzudan dəhşətə, dəhşətdən yenə arzuya. Görüşənədək".
ÇL-də ilk matçına Madriddə çıxan Kinski 17-ci dəqiqədə oyundan alınıb.
Tərəflərin cavab qarşılaşması martın 18-də baş tutacaq.
Toğrul