EN

Nə çovdar, nə kəpəkli.... Ən sağlam çörək növü açıqlandı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son dövrlər qidalanma vərdişlərində dəyişiklik edərək daha sağlam variantlara üstünlük verənlərin sayı artıb. Ağ çörəkdən imtina edənlər üçün mütəxəssislər müxtəlif alternativlər təklif edir.Demokrat.az-ın məlumatına görə tam buğdalı çörək yüksək lif tərkibi ilə həzmi rahatlaşdırır və qan şəkərini stabil saxlayır. Vitamin və mineral dəyəri baxımından bu növ ən zəngin seçimlərdən biri sayılır. Siyəz buğdasından hazırlanan məhsullar isə genetik saflığı və yüksək protein miqdarı ilə diqqət çəkir. Sağlam karbohidrat axtarışında olanlar üçün bu növ ideal variant hesab olunur.Qarabaşaq çörəyi təbii qlutensiz tərkibi ilə yanaşı, dəmir və maqnezium mənbəyi kimi tanınır. Qan şəkərini nəzarətdə saxlamaq istəyənlər üçün bu çörək əsas alternativlərdən birinə çevrilib. Ürək dostu kimi tanınan yulaf çörəyi isə xolesterini aşağı salmağa kömək edir və uzun müddət toxluq hissi yaradır.Xüsusilə əsl turş maya ilə uzun müddət fermentasiya edilərək bişirilən çörəklərə üstünlük vermək məsləhət görülür. Bu proses çörəyin tərkibindəki qlutenin qismən parçalanmasına şərait yaradır. Həssas mədə və bağırsaq problemi yaşayanlar üçün bu üsulla hazırlanan çörəklər daha rahat həzm olunan seçimdir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
72
demokrat.az

1Sources