EN

Stadionları səhv saldı, ÇL əvəzinə üçüncü divzionun oyununa baxdı

İngiltərədə keçirilən Çempionlar Liqası oyununda maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, martın 10-da “Nyukasl” və “Barselona” komandaları arasında görüş (1:1) baş tutub. Lakin qonaq azarkeşlərdən biri görüşə gəlmək istəyərkən səhv stadiona yollanıb.

Belə ki, azarkeş “Nyukasl”ın oynadığı “Sent-Ceyms Park” stadionuna getmək əvəzinə “Ekseter Siti” klubunun istifadə etdiyi eyniadlı arenaya gəlib. Həmin gün burada İngiltərə Liqa 1-in (ölkənin üçüncü divizionu) “Ekseter Siti” – “Linkoln Siti” oyunu keçirilib.

“Ekseter Siti” klubunun əməkdaşları azarkeşin səhv etdiyini anlayaraq ona bilet hədiyyə ediblər ki, futbol axşamı tamamilə boşa getməsin. Nəticədə azarkeş Çempionlar Liqasının oyunu əvəzinə İngiltərə Liqa 1 matçını izləyib.

Chosen
71
2
publika.az

3Sources