EN

Qvardiola: “0:3 hesabı 0:4 dən yaxşıdır”

ain.az bildirir, Qol.az portalına istinadən.

Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”a Madriddə 0:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edib.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis maçtdan sonra UEFA-nın mətbuat xitmətinə bildirib:

“Əlbəttə, qaytarılan olunan penalti o deməkdir ki, 0:3 hesabı 0:4-dən yaxşıdır. Mən hadisələrin gedişini mütləq dəyişəcəyimizi deyənlərdən deyiləm. Amma buna çalışacağıq. Bəzən ‘Siti’nin hücumları yaxşı alınırdı, bəzən yox, lakin lazım olan qolu vura bilmədik. Komandamızın məqsədi vingerlərin rəqiblərini sıxışdıraraq mərkəzdə oynayan futbolçular üçün boş zonalar yaratması idi. Matçın böyük hissəsində “Siti” öz oyununu göstərməyi bacardı, amma “Real”ın  haqqını vermək lazımdır. Bu klubda fantastik futbolçular var.

İkinci hissədə daha yaxşı müqavimət göstərdik. Oyunumuz göründüyü qədər pis deyildi. Sadəcə, madridlilər yaxşı oynadılar. “Siti” çoxlu epizod yaratdı. Bizə sadəcə daha dəqiq ötürmələr lazım idi”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 17-də İngiltərədə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
qol.az

2Sources