Dubayda İran istehsalı olduğu iddia edilən pilotsuz uçuş aparatı "Address Creek Harbour" yaşayış göydələninə çırpılıb.
Xezerxeber.az xəbər verir ki, zərbə nəticəsində 66 mərtəbəli binanın 57-ci mərtəbəsi ciddi zədələnib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qeyd olunur ki, hadisənin baş verdiyi bina Dubayın elit "Dubai Creek Harbour" rayonunda yerləşir.
Həmin ərazidə həmçinin beşulduzlu "Address Hotels" oteli də fəaliyyət göstərir.