Dubayda İran istehsalı olduğu iddia edilən pilotsuz uçuş aparatı "Address Creek Harbour" yaşayış göydələninə çırpılıb.
Bizim.Media xəbər verir ki, zərbə nəticəsində 66 mərtəbəli binanın 57-ci mərtəbəsi ciddi zədələnib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qeyd olunur ki, hadisənin baş verdiyi bina Dubayın elit "Dubai Creek Harbour" rayonunda yerləşir.
Həmin ərazidə həmçinin beşulduzlu "Address Hotels" oteli də fəaliyyət göstərir.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta