EN

İraq neft limanlarının bağlandığını açıqlayıb

İraq Bəsrə körfəzində (İran körfəzi də adlandırılır) iki neft tankerindən birində baş verən partlayışdan sonra ölkədə neft limanlarının bağlandığı bildirilib.

İraq Xəbər Agentliyinə (INA)-ya danışan İraq Limanlar İdarəsinin baş direktoru Farhan Fartusi bildirib ki, iki neft tankerindən biri partlayıb. Hadisə nəticəsində 31 nəfər xilas edilib, itkin düşən şəxslərin axtarışı isə davam edir.

Fartusi partlayış səbəbindən neft terminallarının fəaliyyətinin dayandırıldığını, lakin ticarət limanlarının fəaliyyətinin davam etdiyini qeyd edib. O həmçinin tankerlərdən birinin Malta bayrağı altında üzən gəmi olduğunu bildirib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Chosen
95
marja.az

1Sources