"Milli infrastruktura edilən hücumun qisasını alacağıq".
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X hesabında yazıb.
O, İranın milli infrastrukturunun hədəfə alındığını bildirib: "İranın milli infrastrukturu hədəfə alınıb. Bu dəfə ölkəmizin ən qədim bankının filiallarından biri işçilərlə dolu ikən bombalanıb. O işçilər Novruz gəlməzdən əvvəl İran xalqının süfrələrinin bərəkətli olmasını təmin etməyə çalışırdı.
Güclü silahlı qüvvələrimiz bu cinayətin qisasını mütləq alacaq".
Ağarza Elçinoğlu