EN

YPG lideri Salih Müslim öldü

Yazını böyüt
Yazını kiçilt

Türkiyə tərəfindən terror təşkilatı olaraq tanınan YPG-nin sözdə siyasi qanadı olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri və Prezident Şurasının üzvü Salih Müslimin İraq Kürdüstan Regional Hökumətinin (İKRG) paytaxtı Ərbildə öldüyü iddia edilir.

Hafta.az türk mediasına istinadən yazır ki, İKRG mətbuatında yer alan xəbərlərə görə, Müslimin bir müddətdir müalicə aldığı Ərbildəki xəstəxanada vəfat etdiyi bildirilir.

Ölüm səbəbinin böyrək çatışmazlığı olduğu bildirilir. Müslimin bir müddətdir səhhətindəki problemlərə görə xəstəxanada müalicə aldığı deyilirdi.

Ölüm iddiası ilə bağlı paylaşımlar təşkilatı dəstəkləyən sosial media hesablarında da yer alıb. Amma hakimiyyət orqanları tərəfindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Chosen
43
hafta.az

1Sources