EN

Rumıniya ABŞ qoşunlarının ölkəyə yerləşdirilməsinə icazə verdi


Rumıniya Parlamenti Prezident Nikusor Danın İrandakı əməliyyatı dəstəkləmək üçün ABŞ texnikası və qoşunlarının müvəqqəti olaraq ölkəyə yerləşdirilməsi ilə bağlı tələbini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, parlament üzvlərinin 272-si bu qərarın lehinə, 18-i əleyhinə səs verib, 5-i isə bitərəf qalıb.
Digər tərəfdən, çərşənbə günü Rumıniyanın Ali Müdafiə Şurası ABŞ-nin İrandakı əməliyyatı dəstəkləmək üçün Amerika texnikası və qoşunlarını ölkəyə yerləşdirmək tələbini təsdiqləyib.
İclasdan sonra prezident mövcud qanunvericiliyə uyğun olaraq parlamentə müvafiq tələb təqdim edib.
Chosen
24
1
yeniavaz.com

2Sources