ain.az bildirir, GlobalInfo portalına istinadən.
“İsrail Tehranda hakimiyyəti yıxmaq iqtidarında deyil, yalnız İran xalqı İslam Respublikasını devirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
Saar bildirib ki, əgər iranlılar hakimiyyəti dəyişdirməkdə müvəffəq olmaq istəyirlərsə, müəyyən dərəcədə xarici yardıma ehtiyacları olacaq:
“İslam Respublikası rəhbərliyi daxilində boşluqlar mövcuddur, lakin radikal fiqurlar hakimiyyəti ələ keçiriblər. Rejim dəyişikliyi kimi proseslər adətən hərbi əməliyyatın sonunda baş verir, müharibə zamanı yox. İranın hakimiyyətini dəyişdirmək İsrailin açıq məqsədi deyil, lakin ölkə belə bir nəticəni mümkün edə biləcək şərait yaratmağa çalışır”.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.