EN

USS Abraham Lincoln-un aviasiyası İranın sahil radarlarını necə "kor edir"?

2026-cı ilin əvvəlində ABŞ-ın USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısı Yaxın Şərqə göndərilib. Təxminən 6,8 milyard dollar dəyərində olan bu gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin 3-cü aviadaşıyıcı zərbə qrupunun flaqmanı sayılır...

Poliqon xəbər verir ki, bu barədə Wion nəşri yazır.

Gəminin heyəti təxminən 5680 nəfərdən ibarətdir. Aviadaşıyıcı 90-a qədər təyyarə və helikopter daşıya bilir. Onların arasında elektron müharibə üçün nəzərdə tutulmuş EA-18G Growler təyyarələri də var. Bu təyyarələr ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi Epic Fury əməliyyatını dəstəkləmək üçün göyərtədən havaya qalxır.

Growler necə işləyir?

EA-18G Growler döyüş təyyarəsi F/A-18F Super Hornet bazasında yaradılmış elektron hücum versiyasıdır.

Boş vəziyyətdə təyyarə 1,8 Mach sürətə çata bilir. Lakin elektron maneə konteynerləri ilə tam yükləndikdə maksimal real sürəti təxminən 1,5 Mach (təxminən 1800 km/saat) olur.

Təyyarənin manevr qabiliyyəti qırıcı təyyarələrə bənzəyir. Buna görə də o, təhlükəli zonalarda digər hücum təyyarələrini birbaşa müşayiət edə bilir.

Radarlar necə "kor edilir"?

Elektron spektrdə üstünlük qazanmaq üçün Growler aşağıdakı sistemlərdən istifadə edir: ALQ-99 taktiki maneə konteynerləri və Next Generation Jammer elektron basdırma sistemlərinin siqnallarını tutur və analiz edir, sonra xüsusi hazırlanmış siqnallar göndərərək operatorları çaşdırır.

Nəticədə radar ekranları:

* ya saxta hədəflərlə dolur,
* ya da tamamilə "kor" olur.

Growler-in daha bir üstünlüyü təyyarələr arasında real vaxt rejimində məlumat mübadiləsidir. Məsələn, üç təyyarə birlikdə uçduqda onlar düşmən radiosiqnalının mənbəyini triangulyasiya üsulu ilə çox dəqiq müəyyən edə bilirlər.

Bu texnologiya sayəsində:

* düşmən radarlarının yerləşdiyi nöqtə dəqiq müəyyən edilir
* hücum üçün hədəf göstərilir
* eyni zamanda təyyarə öz radarı ilə siqnal yaymadığı üçün düşmən onu aşkar edə bilmir.

İranın hava hücumundan müdafiəsinə təsir

Son əməliyyatlarda Growler təyyarələri İranın bir sıra hava hücumundan müdafiə sistemlərini uğurla sıradan çıxarıb. Onların arasında:

* S-300
* S-400
* JY-27A radarları var.

Radar işləmədikdə "yer-hava" raket sistemləri yaxınlaşan təyyarələri aşkar edə və hədəfə ala bilmir. Bu isə ABŞ və müttəfiqlərinin aviasiyası üçün təhlükəsiz hava dəhlizləri yaradır.

Growler yalnız "kar-kor etməklə" məhdudlaşmır

Təyyarə elektron müharibə ilə yanaşı silahlı missiyalar da yerinə yetirə bilir. Onun arsenalında:

* AGM-88 HARM – radarları fiziki olaraq məhv etmək üçün
* AIM-120 AMRAAM – özünü müdafiə üçün raketləri var.

Bu mürəkkəb sistemi idarə etmək üçün kabinədə iki nəfər çalışır:

* ön hissədə pilot
* arxa hissədə isə elektron müharibə zabiti

EA-18G Growler 2007-ci ildə köhnə EA-6B Prowler təyyarələrini əvəz etmək üçün hazırlanmağa başlanıb və 2009-cu ildə rəsmi olaraq xidmətə qəbul edilib.

Hazırda bu təyyarə dünyada müasir elektron hücum üçün xüsusi yaradılmış yeganə platformalardan biri hesab olunur və ən azı 2040-cı ilə qədər ABŞ aviasiyasının əsas elektron müharibə vasitəsi olaraq qalacağı gözlənilir.

Poliqon.info

 

Chosen
47
poliqon.info

1Sources