EN

Tünzalənin əri: “O dünyada da həyat yoldaşım olacaq”

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal sosial şəbəkədə onunla bağlı duyğulu paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, yoxluğun həyatında böyük bir boşluq yaratdığını bildirib:

“Artıq elə bir yerə gəlib çatmışam ki, heç nə kömək etmir, nə bir paylaşım, nə bir yazı, nə də qəlbində olanları yazılara boşaltmaq. Orqanların öz fəaliyyətlərini dayandırması kimi, heç nə kömək etmir.

Həyatıma Tünüş gəldi, həyatım rəngləndi, yaşama səbəblərimi anladım, həyatda olan mövqeyimi anladım, sevməyi öyrəndim. Sonra getdi, hər şeyi özü ilə apardı.

Amma mənə söz verdi ki, o dünyada məni yenə özünə həyat yoldaşı qəbul edəcək. O zaman özü ilə apardığı hər şeyi geri alacam, Tünzalə və Röyal qaldığı yerdən davam edəcək!”

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan Tünzalə Əliyeva 2023-cü ilin yanvar ayında vəfat edib. 

Əsmətxanım


Telegram kanalımız
Chosen
72
2
yenisabah.az

6Sources