EN

40 yaşlı Oçoa yenidən Meksika millisinə çağırılacaq

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

40 yaşlı qapıçı Gilyermo Oçoa futbol üzrə Meksika millisinə dəvət alacaq.

İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper Meksika yığmasının Portuqaliya və Belçika milliləri ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılacaq.

Buna səbəb əsas qapıçı Luis Malaqonun ciddi zədə almasıdır. Bildirilir ki, Malaqon klubunda zədə alıb və buna görə də dünya çempionatını buraxacaq.

Nəticədə Meksika millisinin məşqçilər heyəti təcrübəli Oçoanı yenidən komandaya dəvət etmək qərarına gəlib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
3
icma.az

4Sources