AZ

40 yaşında yenidən milliyə çağırılır

40 yaşlı qapıçı Gilyermo Oçoa Meksika millisinə dəvət alacaq.

Msport.az xəbər verir ki, təcrübəli qolkiper Meksika yığmasının Portuqaliya və Belçika milliləri ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılacaq.

Buna səbəb əsas qapıçı Luis Malaqonun ciddi zədə almasıdır. Bildirilir ki, Malaqon klubunda zədə alıb və buna görə də dünya çempionatını buraxacaq.

Nəticədə Meksika millisinin məşqçilər heyəti təcrübəli Oçoanı yenidən komandaya dəvət etmək qərarına gəlib.

Seçilən
39
3
msport.az

4Mənbələr